330x110
 

Könüllü sığorta növlərindəki yığımlar da artıb - 91 milyon manatdan çox

28.02.2020,16:56


28 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayı ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə ümumilikdə 91 milyon 235 min manat həcmində sığorta haqqı yığılıb.

ABC.AZ Mərkəzi Banka  istinadən xəbər verir ki, sığorta yığımlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 25,7% artıb.

Hesabat ayında şirkətlər tərəfindən könüllü sığorta növləri üzrə 19 226 min manat məbləğində ödəniş həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78% çoxdur.

Szöügedən dövrdə könüllü sığorta növü üzrə cəmi yığımların 16 244,1 min manatı və ya 17%-ni həyat sığortası əhatə edib. Ödənişlərin isə 12 094,2 min manatı və ya 63%-i həyat sığortası üzrə həyata keçirilib.

Qeyd edək ki, bu ilin yanvar ayında həm könüllü, həm də icbari bütün sığorta növləri üzrə şirkətlərin cəmi yığmları 111 550,2 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27%-ə yaxın çoxdur. Bu müddətdə ödənişlər də 53%-ə yaxın artaraq 26 185 min manata yüksəlib.

Müəllif: Elmir Murad