Siyahı" />
  330x110
 

Bu ünvanlarda "kupça" veriləcək - Siyahı

02.03.2020,11:20


2 mart, Fineko/abc.az. Mart ayı ərzində daşınmaz əmlakın qeydiyyatı xidmətlərində səyyar kampaniya Bakı şəhərinin kənd və qəsəbələrində keçiriləcək.

ABC.AZ xəbər verir ki, ərazi ofislərinə müraciət edə bilməyən şəxslər “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində qeydiyyat xidmətindən birbaşa ünvanlarında yararlana biləcəklər.

Səyyar xidmət 2-6 mart tarixlərində Qaradağ rayonu, Lökbatan qəsəbəsində təşkil ediləcək. Mobil qeydiyyat ofisi Lökbatan qəsəbəsi, 28 May və Nizami küçələrinin kəsişməsində (125 N-li avtobusun son dayanacağı) olacaq.

Daşınmaz əmlakın səyyar qeydiyyatı Lökbatan qəsəbindəki fərdi yaşayış evlərini, torpaq sahələrini, qeyri-yaşayış sahələrini əhatə edəcək.