Əli Əsədov koronovirusla bağlı sərəncam verdi – 10 milyon manatlıq dərmanlar alınacaq

02.03.2020,11:39


2 mart, Fineko/abc.az. Hökumət koronavirusla mübarizə üçün dərman vasitələri və tibbi ləvazimatların alınmasına on milyon manat ayırıb.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib. Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Müəllif: Elmir Murad