İlham Əliyev: Dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ciyik

12:07 - 2.03.2020


2 mart, Fineko/abc.az. Xəzərdəki ən böyük donanma bizə məxsusdur, 200-dən çox gəmimiz var.

ABC.AZ-ın məlumatına görə, bunu ötən həftə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, hazırda həm bizim, həm də konsorsium üçün zəruri gəmilər istehsal edən çox müasir gəmiqayırma zavodumuz var: “Biz 6 beynəlxalq hava limanı tikmişik. Onlardan biri - Heydər Əliyev Beynəlxalq Aeroportu 5 ulduza layiq görülmüş hava limanıdır. Bu, dünyadakı beşulduzlu 10 hava limanından biridir. Biz dəmir yolu sistemimizi müasirləşdirmişik və bu proses davam etməkdədir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci yerdədir. Azərbaycan hava yollarının səmərəliliyinə görə dünyada 11-ci yerdədir. Yolların keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. İnfrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdəyik. Beləliklə, nəqliyyat sektorunun inkişafı çox sürətli olub”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər