Son günlər neftin 50 dollardan aşağı yuvarlanması rublun volatilliyini kəskin artırır - Ekspert

14:29 - 2.03.2020


2 mart, Fineko/abc.az. İqtisadçı ekspert Rövşən Ağayev, apardığı hesablamalar nəticəsində 2020-ci ildə dövlət büdcəsi və tədiyyə balansı üçün neftin minimum əlverişli qiymətini hesablayıb.

ABC.AZ xəbər verir ki, ekspert qeyd edib ki, neftin sürətlə ucuzlaşması resurs ölkələrində makroiqtisadi sabitliyin pozulması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. “Məsələn, Rusiyanın maliyyə naziri Siluanov deyib ki, onun ölkəsinin fiskal sistemi 30 dollarlıq qiymətə 4 il dözmək gücündədir - amma əlbəttə bu ehtiyatlarla büdcə öhdəliklərinin dəstəklənməsi hesabına mümkündür. Amma şübhəsiz ki, bu qiymət yalnız büdcə sisteminin dayanıqlılığı baxımından şərh edilir” ” deyə R.Ağayev qeyd edib. Onun sözlərinə görə, makroiqtisadi sabitlik üçün büdcə sisteminin dayanıqlılığından çox monetar sistemin güclü olması daha çox təsir edir ki, bu ilk növbədə məzənnə sabitliyindən təsirlənir: “Məsələn, son günlərin tendensiyası göstərir ki, nefrtin 50 dollardan aşağı yuvarlanması rublun volatilliyini kəskin artırır. Yəni Siluanovun dediyi 30 dollarlıq həddə ölkə "məzənnə fəlakəti" yaşaya bilər. Nəzərə alaq ki, fiskal sistem makroiqtisadiyyat avtonom deyil və kəskin məzənnə dəyişikliyinin doğurduğuğu ciddi proseslər, xüsuslə yüksək inflyasiya, iqtisadi fəallığın kəskun azalması büdcə böhranını da qaçılmaz edir.

Bu baxımdan resurs ölkələri üçün fiskal dayanıqlılıq və məzənnə sabitliyi üçün neftin minimum əlverişli qiyməti fərqli olsa da, həlledici olan məhz məzənnə sabitliyi üçün qiymətdir. Çünki hökumət ehtiyac olanda fiskal öhdəliklərini tənzimləmək, büdcə xərclərini azaltmaqla büdcə üçün neftin əlverişli qiymət həddini aşağı sala bilir - xüsusilə də büdcədə korrupsiya payının yüksək olduğu şəraitdə bu çox da çətin olmur. Lakin qısamüddətli dövrdə tədiyyə balansını, xüsuslə də cari hesablar hissəsini makroiqtisadi sabitlik üçün risk yaratmayan minimum əlverişli qiymətə uyğunlaşdırmaq tam da hökumətin əlində olan məsələ deyil. Məsələn, idxalı azaltmaq, xüsusilə də korrupsiya maraqlarına xidmət edən dövlət idxalını sıxmaq hesabına cari hesabın kəsirini, kənara kapital axınını administrativ yollarla boğmalqla maliyyə hesabının defisitini azaltmaq olar”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər