“Ümid” yatağının gündəlik hasilatı 3 milyon kubmetr qazdır – İlham Əliyev

15:07 - 2.03.2020


2 mart, Fineko/abc.az. SOCAR fəal şəkildə “Ümid-Babək” yatağının işlənilməsi ilə məşğuldur.

ABC.AZ xəbər verir ki, bunu ötən həftə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında İlham Əliyev deyib.

Onun sözlərinə görə, hazırda “Ümid” yatağının gündəlik hasilatı 3 milyon kubmetr qazdır. Dövlət başçısı bildirib ki, bu yatağın potensialı 200 milyard kubmetrdən çoxdur: “Equinor”la birlikdə biz “Qarabağ yatağı” üzərində çalışırıq. Mənə verilən məlumata görə, kəşfiyyat quyusu çox tezliklə qazılmalıdır. Beləliklə, bunların hamısı Azərbaycanın gələcək potensialının göstəricisidir. Üstəgəl, “Azəri-Çıraq-Günəşli”də böyük həcmdə dərin qaz yataqları var və SOCAR ilə BP arasında bu istiqamətdə danışıqlar çox uğurla gedir. Ümid edirəm ki, tezliklə biz razılığa gələ biləcəyik. Beləliklə, bunlar hamısı, beynəlxalq bazarlarda iştirakımızın genişləndirilməsi, şaxələnmiş üsullarla karbohidrogen ehtiyatlarımızın ixracı və xalqımız üçün daha yaxşı şəraitin yaradılmasından ibarət olan strateji məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcək. Bu, bizim məqsədimizdir və dövlətçiliyimizin gücləndirilməsidir”.

 

Bütün xəbərlər