Bu yanacaqlar gömrük rüsumundan azad olunub – Nazirlər Kabinetindən yeni qərar

15:22 - 2.03.2020


2 mart, Fineko/abc.az. Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 Belə ki, indiyə qədər 15 faiz idxal gömrük rüsumu tətbiq olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacağı gömrük rüsumundan azad olunub. Bununla yanaşı KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün istifadə olunan kerosinin üzərindən də 15 faiz idxal gömrük rüsumu götürülüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər