Dövlət Neft Şirkətinə 9 milyon manat ayrıldı – Sərəncam

09:39 - 3.03.2020


3 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 2-də Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə Dövlət Neft Şirkətinə 9 milyon manat ayrıldı.

 

Bütün xəbərlər