Gənclərə ailə dəyərləri təbliğ olunacaq – Nazirlər Kabinetin planı təsdiqlədi

10:48 - 3.03.2020


3 mart, Fineko/abc.az. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bu  müəssisələrin sayının, tək və çoxuşaqlı analara həmin müəssisələrdən istifadə imkanlarının artırılması üçün güzəştlərin tətbiq olunması ilə bağlı Tədbirlər Planı hazırlanıb.

ABC.AZ xəbər verir ki, Tədbirlər Planı artıq Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Bununla yanaşı sənəddə qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulur.  Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi də sənəddə əksini tapır.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər