OPEC+ üzrə neft hasilatının daha 750 min barrel azaldılacağı gözlənilir

11:40 - 3.03.2020


3 mart, Fineko/abc.az. OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+) xam neft istehsalının sutkalıq daha 750 min barrel azaldılacağı nəzərdə tutulur.

Xarici KİV-lərə istinadla xəbər verilir ki, analitiklər “OPEC+” üzrə neft hasilatının daha da azaldılacağını və bu həcmin gündəlik 750 min barrel olacağını gözləyirlər.

Qeyd edək ki, “OPEC+” ölkələri martın 6-da Vyanada neft hasilatına dair məhdudiyyətləri və istehsal siyasətini müzakirə edəcək.

Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

© Azertag.az

 

Bütün xəbərlər