Mərkəzi Bankın rezervləri 243 milyon manat çoxalıb – Vüsal Qasımlıdan vacib açıqlama

12:39 - 3.03.2020


3 mart, Fineko/abc.az. Büdcədə ilk ayda nəinki kəsir, hətta 400 mln. manatdan çox profisit yaranıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı neft qiymətlərinin aşağı düşməsinin Azərbaycanda makroiqtisadi təsirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir: “Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 mln. manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər. Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dollar olmaqla ÜDM-in həcmini 8%-dən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun".

Müəllif: Elmir Murad

Bütün xəbərlər