Bakıda ictimai nəqliyyatın iş vaxtı uzadıldı

16:39 - 29.12.2017


29 dekabr, Fineko/abc.az.  Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görür.

Agentliyin məlumatında deyilir ki, bayram günlərində sərnişinlərin rahatlığının  təmin edilməsi məqsədi ilə, ictimai nəqliyyatın iş vaxtı uzadılıb.

“Paytaxt marşrutları 31 dekabr, 1 yanvar və 2 yanvar tarixlərində gecə saat 01:00-ə qədər işləyəcək”, - məlumatda belə deyilir.

Eyni qərar Bakı Metropoliteninin rəhərliyi tərəfindən qəbul edilib.

 

Bütün xəbərlər