Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

17:19 - 3.03.2020


3 mart, Fineko/abc.az. Martın 3-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105005786 ISIN-li, 15 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə ABC.AZ-a   BFB-dən məlumat verilib.

Qeyd olunur ki, hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 94.6187 AZN (9 faiz) və 101.5202 AZN (5.1899 faiz) olan 13 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 101.5202 AZN (5.1899 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 milyon 299 min 500 AZN, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2022-ci il martın 1-də ödəniləcək.

 

Bütün xəbərlər