Şəmkirdə su tələbatının ödənilməsi üçün pul ayrıldı - Sərəncam

10:32 - 4.03.2020


4 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 3-də Şəmkirdə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şəmkir rayonunun əhalisi 75563 nəfər olan 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,26 milyon manat ayrıldı.

 

Bütün xəbərlər