Koronovirusun təsiri artarsa neftin qiyməti daha da aşağı düşəcək – Vüqar Bayramov

10:58 - 4.03.2020


4 mart, Fineko/abc.az. Bir neçə gündən sonra Viynada OPEC ölkələrinin toplantısında neftin haslatın azaldılması müzakirə olunacaq.

Bunu ABC.AZ-a koronovirusun dünya iqtisadiyyatına təsirlərini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, sözügedən toplantının neftin qiyməti üçün çox vacib rolu olacaq. V.Bayramovun sözlərinə görə, korono virusun təsirləri minimallaşdırılsa, həmçinin OPEC ölkələri daha böyük həcmdə neftin hasılatını azalmağa getsə də qara qızılın bazar qiymətinin kəskin artımını gözləmək sadəlövhlük olar: “OPEC neftin qiymətini 60 dollara hədəfləyir. Bunu istehsalçı və istehlaki ölkələr üçün məqbul qiymət hesab etmək olar. O baxımdan korono virsun təsiləri minimallaşarsa və OPEC-in hasilatı azaltması fonunda neftin qiymətinin 60 dollar ətrafında stabiləşməsi mümkündür. Amma əgər OPEC razılığa gəlməsə və korono virusun  təsiri genişlənərsə o zaman neftin bazar qiyməti 50 dollardan aşağı düşə bilər”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər