Prezident Ağstafada bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edib

12:04 - 4.03.2020


4 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfəri çərçivəsində bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edib.

İlk olaraq dövlət başçısı  “Azərxalça” ASC-nin Ağstafa filialının fəaliyyəti ilə tanış olub.

Daha sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Bundan başqa Prezident Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında,  110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verililməsində və Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.

 

Bütün xəbərlər