330x110
 

Bank sektoru üçün keyfiyyətli müştəri defisitdi - Yevgeni Kirin

04.03.2020,12:58


4 mart, Fineko/abc.az.  Bank sektoru üçün keyfiyyətli müştəri və layihələr azlıq təşkil edir.      

ABC.AZ xəbər verir ki, bunu Bank VTB Azərbaycanın İdarə Heyətinin sədri Yevgeni Kirinin bankın 2019-cu il fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib. 

Y. Kirin deyib ki, bankların tələbləri müştərilərə sərt görünə bilər, amma bu müzakirə oluna bilən məsələdir:"Müştərilərin buna yəni  bankların tələblərinə öz baxışı var. Belə fikir ayrılığını müzakirə etmək mümkündür. Bir daha deyirəm əgər sahibkarlar bankların bu tələblərini sərt sayırlarsa biz bunu müzakirə etməyə hazırıq".

 

Müəllif: Elmir Murad

 

Açar sözlər: VTB