Nazirlik müqaviləsiz işləyənləri aşkarladı – Xəbərdarlıq etdi

15:26 - 4.03.2020


4 mart, Fineko/abc.az. Sumqayıtda yerləşən “Ən Ucuz Market”lər şəbəkəsinin 7 obyektində əmək müqaviləsi olmadan 33 nəfər fiziki şəxsin işlə cəlb olunması aşkarlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, həmin obyektlərin hər birində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.

Bununla yanaşı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən, Cəlilov Elşən Firdovsi oğluna məxsus tikiş sexində isə 16 nəfər fiziki şəxsin əmək müqaviləsi olmadığı qeyd edilib. Həmçinin müəyyən edilib ki, vergidən yayınmaq məqsədilə vergiödəyicisi fəaliyyət göstərdiyi obyekti vergi orqanlarında qeydiyyatdan keçirməyib.

Qeyd edək ki, işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı 10 nəfərdən çox olduğu halda, cinayət tərkibi yaranır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər