Fəvvarələr meydanındakı yollara avtomobil girməsin – Ekspertdən təklif

16:07 - 4.03.2020


4 mart, Fineko/abc.az. Bakıda parklanma məsələsi ilə bağlı həssas nöqtələr çoxdur. Bu nöqtələrdən biri də şəhərdə maşın sıxlığının çox olmasıdır.

Bunu ekspert Elməddin Muradlı ABC.AZ-a bir müddət əvvəl Bakıda parklanma probleminin aradan qaldırılması istiqamətində prezidentin Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimliyə verdiyi tapşırılqarı şərh edərkən deyib.

E.Muradlının sözlərinə görə, Bakıda elə yerlər, küçələr varki ora nəqliyyat vasitəsinin girişi lazım deyil. Ekspert qeyd etdi ki, məsələn Fəvvarələr meydanı kimi tanınan ərazidəki küçələrin yolları sırf piyadalar və gəzinti üçün nəzərdə  tutulsa daha yaxşı olar: “Ora avtomobillərlə girmək yaxşı deyil. Amma bununla yanaşı hardasa bir parklanma və normal bir parkinq yeri yaradılmalıdır. Yəni hansısa məhdudiyyət yaradırsansa eyni zamanda şərait də yaratmalısan. Məsələn dünyanın bəzi ölkələrində bir sıra küçələrə avtomobillə giriş qadağandır. Vətəndaşlar gəlirlər avtomobillərini park edirlər və ictimai nəqliyyat vasitəsi ilə normal işlərini görürlər. Amma bizdə ictimai nəqliyyatın vəziyəti nə gündədir bilirik axı. Buna görə işləri paralel aparmaq lazmdır. Bir işi görəndə paralel şəkildə digər işlər də görülməlidir. Yəni birini saxlayıb, digərini görəndə effekt gözlənilən kimi olmur”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər