330x110
 

Bakı Metropoliteni tender elan edir

04.03.2020,16:35


4 mart, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC-nin "B-3" stansiyasının sahələrində döşəmənin epoksid döşəmə örtüyü ilə rənglənməsi işlərinin satın alınması üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 300 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 01.04.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 09.04.2020 16:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 10.04.2020 16:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Rauf Yusifov

Telefon: (994 12) 4900101