Neft, dünənki enmədən sonra bahalaşır

10:06 - 5.03.2020


5 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, keçən günkü düşmədən sonra cümə axşamı günü ticarətində artır.

Çərşənbə günü OPEC+ Monitorinq Komitəsi iclasın yekunlarına dair heç bir tövsiyə vermədi.

Martın 4-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $0,73 (1,41%) enərək bir barelə $51,13 təşkil etmişdir. May fyuçersi saat 9:25-də $0,74 (1,45%) bahalaşaraq bir barelə $51,87  təşkil etmişdir.

Martın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $0,40 (0,85%) enərək bir barelə $46,78 təşkil etmişdir.

Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:25-də  $0,59 (1,26%) artaraq bir barelə $47,37 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,31 (0,57%) azalaraq bir barelə $54,32 təşkil edib.

 

Bütün xəbərlər