“OPEC plus” nazirlərinin 8-ci iclası sabah keçiriləcək

10:41 - 5.03.2020


5 mart, Fineko/abc.az. Martın 6-da Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşü keçiriləcək. İclasda  Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

Bu barədə ABC.AZ-a Nazirlikdən məlumat verilrib.

İclasda qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək və martdan sonrakı dövr üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Bu Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi daha 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

 

Bütün xəbərlər