Emissiya həcmi 10 milyon manat olan hərrac keçiriləcək

11:30 - 5.03.2020


5 mart, Fineko/abc.az. Martın 10-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək.

 Fonddan ABC.AZ-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Hərracda qiymətli kağızın ISIN kodu AZ0104003774, emissiya həcmi 10 mln AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 364 gün, ödəmə tarixi 9 mart 2021, anderrayter isə Paşa Kapital İŞ QSC-dir. Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Müəllif: Elmi Murad

 

Bütün xəbərlər