Azərbaycana daha iri xarici kapitallı banklar lazımdır - Ekspert

11:43 - 5.03.2020


5 mart, Fineko/abc.az. Azərbaycana daha iri xaici kapitallı banklar gəlməlidir.

Bunu ABC.AZ-a ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, Avropa və ABŞ kapitallı xarici bankların Azərbaycana gəlməsi bank sektoru üçün daha məqsədəuyğun ola bilər.

Bir neçə il əvvəli xatırladan ekspert qeyd edib ki, Azərbaycanda bundan əvvəl də xarici kapitallı banklar olub, amma bəzi səbəblərdən özlərini doğrulda bilməyiblər: “Azərbaycanda İngiltəırinin bankı var idi. Onu yerli rəqiblər burdan yavaş-yavaş sıxışdırıb çıxartdılar. Ona görə də Azərbaycana daha keyfiyətli xarici bankların gəlməsi vacibdir. Hazırda bazarda rəqabətə davamlı olan xarici kapitallı banka ehtiyac var”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər