Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkiləri təsdiqlədi

12:39 - 5.03.2020


5 mart, Fineko/abc.az. Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.

ABC.AZ xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.

 

Bütün xəbərlər