Daşınmaz əmlaka dair məlumatlar bundan sonra “myGov”-da olacaq - Yenilik

16:21 - 5.03.2020


5 mart, Fineko/abc.az. Daha bir sistem “myGov” elektron hökumət portalına inteqrasiya olunub.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istnadən xəbər verir ki, “Daşınmaz əmlak məlumatlarım” xidmətinin də “myGov” portalına interqasiyası həyata keçirilib.

Belə ki, vətəndaş öz adına olan daşınmaz əmlak haqqında məlumata baxmaq üçün www.my.gov.az portalında daxil olaraq şəxsi kabinetində “Qurumlar üzrə” bölməsinə daxil olur.

Açılan pəncərədə qurumlar arasından Əmlak Məsələləri Dövlət Xidmətini seçir və növbəti pəncərədə “Daşınmaz əmlak məlumatlarım” bölməsinə keçid edir. Burada mülkiyyətçi öz şəxsi əmlakına dair məlumatları -  daşınmaz əmlakın qeydiyyat və reyestr nömrəsi, torpaq sahəsi, əmlakın ümumi sahəsi, daşınmaz əmlakın növü, torpaq sahəsinin kateqoriyası, daşınmaz əmlakın ünvanı və s. görə bilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər