Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı – Sərəncam

09:42 - 6.03.2020


6 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 5-də Ağstafanın Sadıqlı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün  Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrıldı.

 

Bütün xəbərlər