SOCAR Gürcüstanda qazlaşdırma işlərini davam etdirir

09:53 - 6.03.2020


6 mart, Fineko/abc.az. SOCAR-ın Gürcüstanda apardığı qazlaşdırma işləri çərçivəsində hər il on mindən çox abunəçi təbii qazdan istifadə imkanı əldə edir.

Xəbər verilir ki, bu sözləri “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov martın 5-də Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

O qeyd edib ki, 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46 faiz olub. SOCAR-ın apardığı qazlaşdırma işləri nəticəsində bu göstərici hazırda 78 faizə çatıb.

© Azertag.az

 

Bütün xəbərlər