Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

10:16 - 6.03.2020


6 mart, Fineko/abc.az. Növbəti Azərbaycan-Gürcüstan biznes forumu 2021-ci ilin aprelində Bakıda keçiriləcək.

Xəbər verilir ki, bu barədə Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze deyib.

Onun sözlərinə görə, belə forumlar iki ölkə arasında biznes əlaqələrinin dərinləşdirilməsi baxımdan mühüm əhəmiyyətə malikdir.

“Avropa İttifaqı-Gürcüstan Biznes Şurası olaraq fikirləşirik ki, bu cür tədbirlər davamlı olmalıdır. Düşünürük ki, növbəti biznes forumun gələn il Bakıda keçirilməsi daha məqsədəuyğun olar. Bu, Gürcüstan iş adamlarının Azərbaycan ilə tanışlığına daha çox fayda verər”, - deyə Z.Çumburidze bildirib.

© Azertag.az

 

Bütün xəbərlər