Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb – 2 ayın

11:23 - 6.03.2020


6 mart, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) 2020-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1,095,765,094 manat təşkil edib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 2,726,498,017  olub.

Nəticə olaraq, 2020-ci ilin yanvar-fevral ayları üzrə  dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 174%, repo əməliyyatları üzrə isə 278% böyümə qeydə alınıb.

Bununla yanaşı 2020-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası  3,828,174,818.02 manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər