“PAŞA Kapital İnvestisiya Şirkəti” ən çox dövriyyə aparan birja üzvü oldu - SİYAHI

11:47 - 6.03.2020


6 mart, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.

ABC.AZ Bakı Fond Birjasına istinadən xəbər verir ki, birinci yerdə 940 milyon 804 min manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti”dir. Sonrakı yerlərdə isə 342 milyon 643 min manat dövriyyə ilə "AzFinance İnvestisiya Şirkəti" 2-ci, "Unicapital İnvestisiya Şirkəti" 113 milyon 187 min manat dövriyyə ilə 3-cü, "İnvest-Az İnvestisiya Şirkəti" 55 milyon 821 min manat dövriyyə ilə 4-cü yerdə qərarlaşıb.

 

Bütün xəbərlər