330x110
 

Xarici investisiyalı şirkətlərin sayı artıb – Ötən illə müqayisədə

06.03.2020,12:25


6 mart, Fineko/abc.az. 2020-ci il martın 1-dək Azərbaycanda 15 min 059 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

Bunlardan 9 min 953-nün fəaliyyəti aktiv, 4 min 307-nin fəaliyyəti dayandırılıb, 799-u isə ləğv edilib.

ABC.AZ Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox deməkdir. Onların 77 faizi məhdud məsuliyyətli cəmiyyət, 19 faizi xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 0,8 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalarda olub.

Müəllif: Elmir Murad