Fermerlərin kart hesablarına köcürülən subsidiya məbləği açıqlanıb

14:05 - 6.03.2020


6 mart, Fineko/abc.az. Payızlıq əkinləri bəyan etmiş fermerlərin kart hesablarına bugünədək 51,3 milyon manat subsidiya köçürülüb.

ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki,  bu günədək (martın 6) 155537 fermerin “Fermer kartı”na 51,3 milyon manat subsidiya köçürülüb.

Məlumata görə, fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etdiyi torpaq məlumatları və payızlıq əkin bəyanlarının yoxlamaları başa çatdıqca onların adlarına kart sifariş verilir və subsidiya məbləği kart hesablarına köçürülür. Bununla bağlı fermerin mobil telefonuna SMS mesaj, şəxsi kabinetinə isə bildiriş göndərilir.

Qeyd olunur ki, martın 6-dək EKTİS-də 474520 fermer qeydiyyatdan keçib. EKTİS-də qeydiyyatdan keçirilən təsərrüfatların ümumi sayı isə 596887-yə çatıb. Fermerlərdən 361307 nəfər payızlıq əkinlərini bəyan edib. Bugünədək EKTİS-də 993718 hektar payızlıq əkin məlumatı bəyan edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər