Fermerlərin gecikmiş müraciətləri yoxlanacaq – Nazirlik

14:21 - 6.03.2020


6 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi payızlıq əkinləri bəyan etmiş fermerlərin kart hesablarına pulların köçürülməsi prosesinə başlanılıb və bugünədək 51,3 milyon manat subsidiya köçürülüb.

ABC.AZ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, əkin sahələri ilə bağlı rəqəm yekun deyil.

Belə ki, bir neçə günə yazlıq əkinlərlə bağlı da fermerlərdən bəyanların toplanmasına başlanılacaq. Nazirliyin yaydığı məlumatda qeyd olunur: “Proses may ayının sonunadək davam edəcək. Bu müddət ərzində hansısa səbəbdən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməmiş, yaxud əkinini bəyan etməmiş fermerlər qeydiyyat və bəyan prosedurunu tamamlaya bilərlər. Gecikmiş müraciətlər də yoxlamaya yönləndiriləcək, yoxlama proseduru başa çatdıqdan subsidiyalar həmin fermerlərin kart hesablarına köçürüləcək. Fermerlərin növbəti payızlıq əkinlərini bəyan etmə müddəti isə 1 sentyabrdan etibarən başlayacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər