330x110
 

Məcburi köçkünlərə 30 bina tikiləcək – Müqavilə imzalanıb

06.03.2020,16:04


6 mart, Fineko/abc.az.  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Abşeron rayonunda 1890 məcburi köçkün ailəsi üçün 22 şirkətlə 35 tikinti müqaviləsi bağlayıb.

ABC.AZ xəbər verir ki, dövlət satınalmaları reyestrinə əsasən, hələlik hər biri 54 mənzildən ibarət hamısı doqquz  mərtəbəli olmaqla 30 binanın tikintisi üçün müqavilələr imzalanıb.

Bununla yanaşı uşaq bağçası, musiqi məktəbi, icma mərkəzi, yol infrastrukturu və s tikinti üçün 5 də müqavilə imzalanıb.

Qeyd edək ki, bağlanmış müqavilələrin ümumi məbləği 100 milyon manatdan (59,2 milyon ABŞ dolları) artıqdır.

Müəllif: Elmir Murad