Neftin qiyməti, ötən günkü rekord düşmədən sonra yüksəlir

10:09 - 10.03.2020


10 mart, Fineko/abc.az. Neftin qiymətləri, bazar ertəsi günü güclü düşmədən sonra, çərşənbə axşamı günü yüksəlməkdədir, “Brent”in fyuçersləri ticarətdə 8% artıb.

Martın 9-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi  $10,91 (24%) aşağı yuvarlanaraq bir barelə $34,36 təşkil etmişdir. May fyuçersi saat 9:40-da $2,81 (8,18%) artaraq bir barelə $37,17 təşkil etmişdir.

Martın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $10,15 (24,6%) düşərək bir barelə $31,13 təşkil etmişdir. Aprel ayı üzrə fyuçers qiyməti  saat 9:40-da  $2,44 (7,84%) artaraq bir barelə $33,57 за təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $10,54 (22,35%) düşərək bir barelə $36,62 təşkil edib.

 

Bütün xəbərlər