330x110
 

Sahibkarlarda devalvasiya təşvişi üçün ciddi əsaslar var – Əkrəm Həsənov

10.03.2020,11:58


10 mart, Fineko/abc.az. Əhalidə və sahibkarlarda devalvasiya təşvişi üçün ciddi əsaslar var.

Bunu ABC.AZ-a ekspert Əkrəm Həsənov neftin qiymətinin ucuzlaşması fonunda növbəti devalvasiya ehtimalını şərh edərkən deyib.

Onun sözlərinə görə, devalvasiya ilə bağlı narahatçılığı sadəcə rəqəmlərə baxsaq da görürük. Azərbaycanın 2014-cü ildəki valyuta ehtyatlarının az qala 53 milyard dollara  yaxınlaşdığını qeyd edən Ə.Həsənov qeyd edib ki, həmin dövrdə ölkə təxminən 3 milyard dollar  itimrişdi. O səbəbdən də devalvasiaya getdik. Ekspert hesab edir ki, hazırda rəqəmlərə baxanda əhalidə belə bir şok var ki, devalvasia ola bilər: “Amm təbii ki, bu məsələ bir mənalı deyil. Çünki neftin bu qiyməti uzun müddətli olmaya da bilər. Yəni əlbəttə biz hamımız başa düşürük ki, neftin qiyməti ancaq iqtisadi deyil, həm də geosiyasi amillər üzərində formalaşır. 2014-cü ildə başlayan proseslər əsasən Rusiyanın Ukraynaya qarşı hücumu idi.  İndi isə başqa amillər də var”.

Müəllif: Elmir Murad