Bu il qlobal neft tələbatı azalacaq

12:00 - 10.03.2020


10 mart, Fineko/abc.az. Cari ildə sutkalıq neft tələbatının 730 min barrel azalacağı nəzərdə tutulur.

Xəbər verilir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Buna bütün dünyada yayılan “Covid-19” infeksiyasının, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin neft istehsalının məhdudlaşdırılması ilə bağlı qərar qəbul etməməsinin təsirli olacağı proqnozlaşdırılır.

Bildirilir ki, cari ildə neftə olan gündəlik tələbatda 35 milyon 700 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon barrellə Amerika qitəsi və 14 milyon 700 min barrel ilə Avropa qərarlaşacaq.

2020-ci ildə qlobal neft tələbatının sutkada 100,2 milyon barrel olacağı gözlənilir.

© Azertag.az

 

Bütün xəbərlər