Gömrük Komitəsi büdcəyə ödənişləri azaldıb – 6 milyon manatdan çox

14:34 - 10.03.2020


10 mart, Fineko/abc.az. Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 329 milyon 605 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin fevral ayına nisbətən 6 milyon 428 milyon manat və yaxud 1,9% azdır.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlar illik müqayisədə 14 milyon 144 min manat və yaxud 19,6% artaraq 86 milyon 309 min manat olub.

ƏDV üzrə daxilolmalar isə 18 milyon 563 min manat və yaxud 7,5% azalaraq 230 milyon 80 min manat təşkil edib. Bununla yanaşı aksizlər üzrə daxilolmaları 2 milyon 214 min manat və yaxud 18,4% azalaraq 9 milyon 834 min manat, yol vergisi üzrə daxilolmalar isə 205 min manat və yaxud 6,45% artaraq 3 milyon 382 min manat təşkil edib.

 

 

Bütün xəbərlər