Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

16:58 - 10.03.2020


10 mart, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104003774 ISIN-li, 10 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə ABC.AZ-a BFB-dən məlumat verilib.

Qeyd olunur ki, hərrac zamanı 4 investor tərəfindən qiyməti intervalı 92.2055 AZN (8.4999%) və 93.3006 AZN (7.2200%) olan 8 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6387 AZN (7.9900%), orta ölçülmüş qiyməti 93.1014  AZN (7.4505%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26,768,000.00 AZN yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  9 mart 2021-ci  il.

Hərrac iştirakçıları 11 mart 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

Bütün xəbərlər