Kasko sığortasına maraq çox azdır - ASA sədri

17:15 - 10.03.2020


10 mart, Fineko/abc.az. Azərbaycanda Kaskso sığortasına maraq azdır.

Bunu ABC.AZ-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosiyasının (ASA) sədri Azər Əliyev deyib.

Onun sözlərinə görə, sədri olduğu Assosasiya sığorta şirkətlərinin kasko sığortasına marağını artırmaq üçün tədbirlər həyata keçirilir.

A.Əliyev qeyd edib ki, şirkətlər özləri də ayrıca bu istiqamətdə işlər aparır və müştərilərə inandırmağa çalışırlar ki, kasko sığortası mütləq lazımdır: "Hazırda sığorta bazarında Kasko sığortanın payı 3 ya 4 faizdir. Bir zaman var idi ki, kasko 5 faizə də qalxmışdı. Amma  onda bank vasitəsi ilə həyata keçirilirdi, 2 və ya 3 illik kredit verilən zamanlar idi. Bu gün isə bilirsiz ki, banklar kredit verilməsində zəif iştirak edirlər. Biz hazırda bu istiqamətdə işləyirik. Düzdü burada da bizim tərəfimizdən boşluq var, çünki mən hiss edirəm ki, sığorta şirkətləri ayrıca kasko sığortası üzərində işləyirlər. Şirkətlər çalışır ki, onlarda olan müştərilərlə işləsinlər".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər