Keçən il Qobustan qoruğunu 80 mindən çox turist ziyarət edib

11:16 - 4.01.2018


4 yanvar, Fineko/abc.az. Qobustan Dövlət Milli Tarix-Bədii Qoruğu turistlər arasında populyardır.

Qoruqdan bildirilib ki, keçən il Qobustanı  80 min 126 turist ziyarət edib.

“Ziyarət edənlər 39 min 561 xarici ölkə vətəndaşıdır, onların arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan, İran və ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib”, - deyə Qoruqdan bildirildi.

 

Bütün xəbərlər