Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fondu 88 milyon manat toplayıb

11:31 - 4.01.2018


4 yanvar, Fineko/abc.az. Azərbaycanın Müdafiə Nazirliyi  Silahlı Qüvvələrə Yardım Fonduna  daxil olan vəsaiti açıqlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Fonda 1 yanvar 2018-ci il tarixədək 88 008 970,18 AZN, 212 873,88 ABŞ dolları, 9536,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Silahlı Qüvvələrə Yardım Fondu, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılmışdır.

 

Bütün xəbərlər