330x110
 

2019-cu ildə azərbaycanlı istifadəçilər şəbəkə ilə müqayisədə daha çox lokal təhlükələrlə qarşılaşıblar

11.03.2020,10:40


11 mart, Fineko/abc.az. “Kaspersky” şirkətinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda hər iki istifadəçidən biri lokal təhdidlərlə üzləşib (yəni kompüterlərdə və ya daşıyıcılarda aşkarlanan).

O cümlədən, təhdidlərə 52% ev istifadəçiləri və 38% korporativ istifadəçilər məruz qalıb. İnternetdən yoluxma riski ilə isə  ev istifadəçilərinin 21%, korporativ istifadəçilərin isə 13% qarşılaşlb.

Mobil təhlükələrdən ən təhlükəlisi maynerlərdir, bu tip zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin payı 4% təşkil edib. Bundan əlavə, 2019-cu ildə “Kaspersky” həlləri  təxminən 600 min fişinq saytlarına keçid cəhdinin qarşısını alıb.

"Məlumatlarımızdan göründüyü kimi, internetə qoşulmayan qurğular heç də  zərərli proqramlardan avtomatik qorunmuş olmurlar. 2019-cu ildə Azərbaycanda bu cür təhdidlərin böyük payı korporativ sektorda aşkar edilmişdir. Çox vaxt bu kimi hallar, işçilərin əsas təhlükəsizlik qaydalarını bilməmələri nəticəsində baş verir. Bu risklərin qarşısını almaq həm mövcud, həm də yeni təhlükələri tanıyan güclü texnoloji imkanlara malik etibarlı  qoruyucu həll vasitəsilə mümkündür. Bundan başqa, təşkilatlar işçiləri rəqəmsal gigiyena qaydaları haqqında məlumatlandırmaq üçün vəsait ayırmalıdırlar”, - bunu “Kaspersky” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov deyib.

Kiber təhdidlərdən qorunmaq üçün «Kaspersky» aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

• şübhəli mənbələrdən gələn məktublar, mesajlar və ya SMS-lərdəki linklərə keçməyin;

• əməliyyat sistemi və tətbiqləri üçün mütəmadi olaraq yeniləmələri quraşdırın;

• tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin;

• hesablar üçün mürəkkəb və fərqli şifrələrdən istifadə edin;

• vacib məlumatları müntəzəm olaraq cihazınızdan bulud, USB və ya sabit disklərə kopyalayın;

• Tətbiqlərin yalnız lazım olan funksiyalara girişinə icazə verin;

• “Kaspersky Internet Security” kimi etibarlı qoruyucu həll quraşdırın.

Bundan əlavə, şirkətlərə işçilərin kiber savadlılığını artıran təlimlər keçirmək tövsiyə olunur. Məsələn, «Kaspersky ASAP» avtomatlaşdırılmış platforması təhlükəsiz davranış bacarıqlarını inkişaf etdirməyə və davamlı vərdişlər yaratmağa kömək edir. Bu həll, işçinin kibertəhlükəsizlik sahəsindəki cari biliklərini qiymətləndirməyə, iş vəzifələrinə və risk profilindən asılı olaraq ehtiyac duyduğu bacarıqlar toplusunu müəyyən etmək üçün qrafik təyin etməyə imkan verir.