Sığorta sektorunda potensial böyük olsa da nəticələr elə deyil – ASA sədri

10:55 - 11.03.2020


11 mart, Fineko/abc.az. 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, sığorta sektorunda yığımlar azalıb.

Bunu ABC.AZ-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosiyasının (ASA) sədri Azər Əliyev deyib.

“Dəqiq faizlə deyə bilmərəm, amma rəqəmləri siz yoxlaya bilərsiniz orda nə qədər azalma olub, onu müəyyənləşdirə bilərsiniz” deyə ASA sədri vurğulayıb.

A.Əliyev sığorta bazarındakı duruma da toxunaraq bildirib ki, potensial böyük olsa da nəticələr elə deyil: “2019-cu ildə premyalar aşağı düşüb. O biri tərəfdən isə potensialımız var. Potensial çox böyükdür. Əgər planlaşdırdığımız, nəzərdə tutduğumuz tədbirləri görsək məncə biz 1 ilə və ya il yarıma istədiyimiz rəqəmlərə çata bilərik”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər