12:25 - 11.03.2020
11 mart, Fineko/abc.az. Azərbaycan bankları özünüməşğulluq tədbirlərinə cəlb ediləcəklər.
ABC.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azəbaycan Banklar Assosiasiyası bununla bağlı memorandum imzalayıblar.
Əsas məqsəd həssas əhali qruplarının özünə məşğulluğuna dəstək vermək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaqdır. Sənədə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərin, o cümlədən əlillərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin iqtisadiyyatın müxtəlif sahələri üzrə məşğulluğuna dəstək vermək üçün natura şəklində, material, avadanlıq və digər əmlakların 2 il müddətində əvəzsiz olaraq bu şəxsərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Ölkə bankları bu prosesə könüllülük əsasında qoşulacaqlar və proqramı əvəzsiz olaraq maliyyələşdirəcəklər.
Sənədə əsasən proqram iştirakçılarının (yəni işsizlərin) müxtəlif bank maliyyə alətlərinə çıxışı da dəstəklənəcək.
Müəllif: Elmir Murad
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024