Hər kəs əlindəki aktivinin dəyərini qorumağa çalışır - Ekspert

12:55 - 11.03.2020


11 mart, Fineko/abc.az. “Hər kəs əlindəki aktivinin dəyərini qorumağa çalışır - kimisi milyonlarını, kimisi 300-500 manatını”.

ABC.AZ xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev ölkədə dollara tələbatın artmasına münasibət bildirirərkən deyib.

Ekspert daha sonra bunları deyib: “Hələ orasını demirəm ki, insanlar əllərində olanı qorumaqdan savayı imkan olduqca onu artırmaq, dəyərə mindirmək fürsətini də əldən buraxmırlar. Bu insan təbiəti üçün son dərəcə xarakterik bir xüsusiyyətdir. Arqument budur ki, 2-3 gündən sonra xərcləyəcəyin pulu niyə dollara çevirirsən, məzənnə dəyişməsə, axı ortada mübadilə zamanı 1-2% də itirəcəksən. Doğrudur, amma əskik tərəfi var: axı qalxsa da qazanacaq, ən azından əlindəki aktivi dəyərdən düşməkdən qoruyacaq. Xüsusilə də nəzərə alaq ki, bu məsələdə 2015-ci ildə hökumət çox ciddi etimad və etibar itkisinə məruz qaldı. Vətəndaşlaırn hamısı iqitsadi proseləri dəyərləndirəcək, maliyyə savadlılığı olan insanlar deyil. Hətta bəzən peşəkarların məsləhətidən çox öz düşüncələrilə hərəkət edirlər”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər