Sandıqaltı manat kütləsinin ciddi risk yaratdığını düşünmürəm - Ekspert

14:31 - 11.03.2020


11 mart, Fineko/abc.az. Son 4 ildə Azərbaycan iqtisadiyyatı böyüməyib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, 2010-cu ilin qiymətlərilə milli gəlirin hesablanması göstərir ki, 2019-cu ildə Azərbaycan iqtisadiyyatının real miqyası 2014-cü il səviyyəsində olub.

Ekspert qeyd edib ki, iqtisadiyyat böyüməyibsə, 4 il ərzində valyutaya çevriləcək sandıqaltı manat kütləsinin valyuta bazarı üçün ciddi risk yaratdığını düşünmürəm - bu yığımlar ən yaxşı halda məhdudiyyətsiz dollar satışı mövcud ehtiyatların 15-20% əriməsinə səbəb ola bilər: “Amma zəruri ehtiyaclar üçün saxlanan pulları olduğundan, həmin mübadilə edilən vəsaitin bir hissəsi təkrar mübadilə ilə manatdan dollara çevrilərək bank sektoruna qayıdacaq. Bu dediklərim qısamüddətli dövrdə (maksimum 6 aylıq) panikanın yatırılması üçündür. Əlbəttə, ucuz qiymət erası daha uzun sürərsə, o zaman fərqli stiuasiya olacaq və qərarlara ehtiyac olacaq. Amma indi bizim üçün ən vacib olan şəraitin daha da aydınlaşması üçün zaman qazanacağımız dövrdə panik duruma yol verməmək, daha stabil iqtisadi şərtlərdə real iqtisadi islahatlarla bağlı ən doğru qərarlar verməkdir. Əmin olun ki, gerçək islahatlarla bağlı qərarlar cəmiyyətdə istənilən miqyasda panikanı yatırtmaq üçün ən təsirli çıxış yoludur”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər