Ekspertdən dollar ajiotajının azaldılması ilə bağlı TƏKLİF

14:51 - 11.03.2020


11 mart, Fineko/abc.az. Dollara tələbin artması fonunda ajiotajın yaranmasında əsas məsuliyyət bank sektorunun tənzimləyicisinin üzərindədir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev dolların bahalaşacağı ilə bağlı yaranmış vəziyyəti şərh edərkən bildirib.

Ekspert vəziyyətlə bağlı təklifi də irəli sürüb: “Panikanın davam etdiyi günlərdə zəruri həcmdə ehtiyatlarla bankları təmin edin. Əmin olun, insanlar banklarda məhdudiyyət görməsə, maksimum 2-3 gün ərzində panika sönəcək. Ardınca gündəlik ehtiyacı üçün saxladığı pulu dollara çevirənlər yenidən banka, onlar isə Mərkəzi Banka qaytaracaq. Nəzərə alın ki, indi 2015-ci il deyil. O zamanı 10 il ərzində 3 dəfə artmış, böyük neft pulları əsasında nəhəng manat kütləsi əsasında yığım formalaşmış iqtisadiyyat vardı. Əgər 0.78 manat=1 USD məzənnəsi saxlansa idi, hökumətin əlində olan 50 mlrd. dolardan artıq valyutya ehtiyatını qısa zamanda almağa yetəcək manat kütləsi vardı. Təkcə elə banklarda 10 mlrd. dollar ekvivalentində manat depoziti toplanmışdı, amma indi bu məbləğ 5 mlrd. dollar ətrafındadır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər