Bakı Fond Birjasında böyük həcmli hərrac - Sabah keçirilir

10:07 - 12.03.2020


12 mart, Fineko/abc.az. Martın 13-də  Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq. Hərraca çıxarılan həcm 50 milyon AZN, notun nominaı dəyəri 100 AZN, notların tədavül müddəti 168 gün, ödəmə tarixi 31.08.2020-dir.

Qeyd edək ki, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək.

 

Bütün xəbərlər